Koreyanın füzyon milli musiqi qrupu “Meqandan” Heydər Əliyev Fondu tərəfindən təşkil olunan VII “Muğam Dünyası” Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.
Hata.az-ın yazdığına görə, Musiqi Marafonu sabah - 21 iyunda saat 12:00–16:00-da Xalça Muzeyində baş tutacaq.

“Meqandan” Koreya ənənəvi musiqisinə əsaslansa da, bu ənənələri aşaraq yenilik axtaran neo-ənənəvi musiqi qrupudur. Qrup Koreyanın milli musiqi alətləri olan qomınqo, heqım və qayaqım ifaçılarından ibarət üçlü triodur. Onlar Koreya musiqisinin köklərinə sadiq qalaraq, ona yeni nəfəs verməyi və müasir auditoriyaya innovativ tərzdə çatdırmağı qarşılarına məqsəd qoyublar.

“Koreya füzyon milli musiqi qrupu “Meqandan”ın Azərbaycana səfərini səmimi qəlbdən alqışlayır və hər bir kəsi tədbirə dəvət edirik”, - Səfirliyin sosial səhifəsində qeyd olunub.